Bakı. 8 may. REPORT.AZ/ “Azərbaycan tolerant və multikultural dəyərlərə sahib ölkədir və respublikamızda dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün insanlar bərabər hüquqludurlar”. “Report”un xəbərinə görə, bunu
O qeyd edib ki, Azərbaycanda dini etiqad azadlığı qanunla təmin olunur və insanların dini ibadətlərini həyata keçirmələri üçün hər cür şərait yaradılıb: “Azərbaycanın tolerantlıq ənənələri bütün dünya ölkələri üçün nümunədir və bu, bütün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən birmənalı qəbul edilib”.
A.Cavadov vurğulayıb ki, hesabatda Azərbaycandakı dini durumla əlaqədar verilən malumatlar qərəzli və qeyri-obyektiv xarakter daşıyır: “Həmin məlumatlar Azərbaycanda mövcud tolerant və multikultural mühitə kölgə salmağa, ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa yönəlmiş cəhddən başqa bir şey deyil. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaxın günlərdə hesabatla bağlı ətraflı mövqeyini açıqlayacaq”.