Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 20-də Rusiyaya səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, səfər Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri Müfti Şeyx Ravil Qaynutdinin dəvəti ilə baş tutacaq.
Vurğulanıb ki, R.Məmmədov Rusiya Müsəlmanları Ruhani İdarəsinin VIII Qurultayı və Beynəlxalq Müsəlman Forumunun “Sülh yolu: dialoq harmonik birgəyaşayışın əsası kimi” mövzusunda XX yubiley iclasında iştirak edəcək. Moskvada keçiriləcək forumda beynəlxalq dini qurumların rəhbərləri, elmi-tədqiqat və təhsil müəssisələrinin aparıcı alimləri, xarici ölkələrin dövlət orqanları və ictimai təşkilatlarının nümayəndələri, həmçinin digər ənənəvi dinlərin təmsilçiləri qatılacaqlar.