Deputat: "Vətən müharibəsi dövründə Ermənistan bir çox kilsəyə müraciət etdi, amma rədd cavabı aldı"

Deputat: "Vətən müharibəsi dövründə Ermənistan bir çox kilsəyə müraciət etdi, amma rədd cavabı aldı" "1995-ci ildə Azərbaycan Konstitutsiyası hazırlanan zaman təklif edilirdi ki, İslam dininə üstünlük verilsin. Amma ümumilli lider Heydər Əliyev bununla razılaşmadı. Gələcək proseslər bunun nə qədər uzaqgörən addım olduğunu göstərdi".
Din
20 Dekabr , 2022 11:52
 Deputat: Vətən müharibəsi dövründə Ermənistan bir çox kilsəyə müraciət etdi, amma rədd cavabı aldı

"1995-ci ildə Azərbaycan Konstitutsiyası hazırlanan zaman təklif edilirdi ki, İslam dininə üstünlük verilsin. Amma ümummilli lider Heydər Əliyev bununla razılaşmadı. Gələcək proseslər bunun nə qədər uzaqgörən addım olduğunu göstərdi".

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov "Prezident İlham Əliyev siyasəti: dünyəvilik və multikultural dəyərlər" mövzusunda konfransda deyib.

O bildirib ki, sonrakı illərdə Azərbaycanda yeni sineqoqlar, kilsələr inşa edilib: "Bu gün Azərbaycanda provoslav kilsələri, yəhuhi sineqoqları fəaliyyət göstərir. Son illərdə Azərbaycanda yüzlərlə məscid təmir edilib. Azərbaycandakı məscidlərdəki möhtəşəmlik bir çox müsəlman ölkələrində yoxdur".

Deputat xatırladıb ki, Ermənistan uzun illərdir Qarabağ müharibəsini müsəlman-xristian münaqişəsi kimi təbliğ etməyə çalışır: "Vətən müharibəsi dövründə Ermənistan bir çox kilsəyə müraciət etdi. Amma onlar müsbət cavab vermədi. Çünki Azərbaycan bütün kilsələrlə çox yaxşı əlaqə qurub".

C.Məmmədov söyləyib ki, bu gün Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır.

Son xəbərlər

Orphus sistemi