Çeçenistanda Ramzan Kadırovun adına məscid tikilir

Çeçenistanda Ramzan Kadırovun adına məscid tikilir Yeni camedə eyni anda 2 000 nəfər namaz qılacaq.
Din
11 Yanvar , 2021 13:27
Çeçenistanda Ramzan Kadırovun adına məscid tikilir
Ramzan Kadırov

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun adına məscid tikilir.

“Report” xəbər verir ki, bu barədə məlumatı yerli “Qroznı” dövlət telekanalı yayıb.

Artıq təməli atılan ibadət evi respublikanın paytaxtı Qroznıda yerləşəcək. Yeni camedə eyni anda 2 000 nəfər namaz qıla biləcək.

Telekanal məscidə R.Kadırovun adının verilməsini yerli sakinlərin çoxsaylı xahişi ilə bağlı olduğunu vurğulayıb.

Qeyd edək ki, Avropanın ən böyük məscidlərindən biri – Məhəmməd peyğəmbər adına “Müsəlmanların Fəxri” məscidi də Çeçenistanın Şali şəhərində yerləşir. Onun açılışı 2019-cu ildə avqustun 23-də – respublikanın keçmiş başçısı Əhməd Kadırovun ad günündə olub. 2003-2004-cü illərdə Çeçenistan Respublikasının prezidenti olan Əhməd Kadırov 2004-cü il mayın 9-da sui-qəsd nəticəsində 52 yaşında öldürülüb.

Həmin ildən respublikaya Ə.Kadırovun oğlu Ramzan Kadırov rəhbərlik edir. Onun hazırda 44 yaşı var.

Son xəbərlər

Orphus sistemi