Bu il Dövlət Komitəsinə baxılması üçün daxil olan dini kitabların sayı açıqlanıb

Bu il Dövlət Komitəsinə baxılması üçün daxil olan dini kitabların sayı açıqlanıb Bu il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizasına baxılması üçün daxil olan dini məzmunlu ədəbiyyatların sayı açıqlanıb.
Din
8 Avqust , 2023 17:20
Bu il Dövlət Komitəsinə baxılması üçün daxil olan dini kitabların sayı açıqlanıb

Bu il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizasına baxılması üçün daxil olan dini məzmunlu ədəbiyyatların sayı açıqlanıb.

"Report"un xəbərinə görə, bu barədə Dövlət Komitəsinin Kollegiyasının bu ilin altı ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən sədr müavini Gündüz İsmayılov məlumat verib.

Sədr müavini bildirib ki, Komitə hesabat dövründə dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini radikalizm və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması istiqamətində fəaliyyətini davam etdirib. Həmçinin ötən müddət ərzində hüquq mühafizə orqanları ilə birgə qanunsuz dini fəaliyyətə, eləcə də ixtisaslaşmış satış məntəqələrindən kənarda dini ədəbiyyat nümunələrinin satışının həyata keçirilməsinə qarşı profilaktik və inzibati tədbirlər görülüb.

Ümumilikdə idxalla bağlı 2023-cü ilin yanvar-iyun aylarında Komitənin dinşünaslıq ekspertizasına daxil olmuş müraciətlər əsasında 2127 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən kitabların ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilmiş 134 adda dini ədəbiyyata baxılıb.

G.İsmayılov hesabat dövründə Komitədə 2 dini icmanın dövlət qeydiyyatından keçdiyini, bununla da, rəsmi qeydiyyata alınmış dini qurumların sayının 1002-ə çatdığını diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi