Bakı. 9 avqust. REPORT.AZ/ Bu il Azərbaycandan Həcc ziyarətinə təkrar gedənlər 535 dollar əlavə vəsait ödəyəcəklər.
Qafqaz Müsəlmanları İdarəsindən "Report"a verilən məlumata görə, Səudiyyə Ərəbistanı hökümətinin qərarı ilə 2014, 2015 və 2016-cı illərdə Həcc ziyarətində olanlar və bu il təkrar getmək istəyənlər 535 dollar vergi ödəməlidirlər.
Bu vergini Səudiyə Ərəbistanı hökuməti tələb edir.
QMİ-dən bildirilib ki, bu il təkrar Həcc ziyarətinə getmək istəyənlərin sayı hələlik 70 nəfərdir. Onların sayının artacağı da istisna edilmir.
Bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedəcək. Ziyarət məbləği 3850 dollar müəyyənləşdirilib.
Qeyd edək ki, bu il zəvvarların Həcc ziyarətinə ilk qafiləsi avqustun 24-də yola düşəcək.