Bu gün ilk Qədr gecəsidir

Bu gün ilk Qədr gecəsidir Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.
Din
20 Aprel , 2022 01:45
Bu gün ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.

"Report" xəbər verir ki, ikinci Qədr gecəsi aprelin 21-də, üçüncüsü aprelin 23-də, sonuncusu isə aprelin 27-də olacaq.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.

Xatırladaq ki, Şəvval ayının 1-i (2 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb.

Son xəbərlər

Orphus sistemi