Bərdədə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans keçirilib

Bərdədə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans keçirilib Dini Qurumlarla iş üzrə Dövlət komitəsi Bərdə rayonunda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans keçirib.
Din
25 Oktyabr , 2023 13:08
Bərdədə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans keçirilib

Dini Qurumlarla iş üzrə Dövlət komitəsi Bərdə rayonunda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans keçirib.

"Report"un xəbərinə görə, toplantıda Dövlət Komitəsi və Bərdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, Daxili İşlər Nazirliyi və digər qurumların rəsmi şəxsləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Ramazan Hüseynov din sahəsində mövcud olan problemlər, dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə öz çıxışlarında bildiriblər.

Natiqlər ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması, müxtəlif dinlərə və məzhəblərə etiqad edən ölkə vətəndaşlarının qarşılıqlı hörmət və əməkdaşlıq ənənələrinin daha da gücləndirilməsi məqsədi ilə keçirilən silsilə tədbirlər barədə məlumat verib.

Son xəbərlər

Orphus sistemi