Bakıda multikulturalizm ənənələri, dinlər və məzhəblərarası tolerantlıqla bağlı konfrans təşkil olunub

Bakıda multikulturalizm ənənələri, dinlər və məzhəblərarası tolerantlıqla bağlı konfrans təşkil olunub Mövzu ilə bağlı məruzələr dinlənilib
Din
11 Noyabr , 2016 20:52
Bakıda multikulturalizm ənənələri, dinlər və məzhəblərarası tolerantlıqla bağlı konfrans təşkil olunub

Bakı. 11 noyabr. REPORT.AZ/ Bakı İslam Universitetinin təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə BİU-da “Azərbaycanda multikulturalizm ənənələri: dinlər və məzhəblərarası tolerantlıq” mövzusunda elmi konfrans keçirilib.

Universitetdən "Report"a verilən məlumata görə, konfrans ali təhsil ocağının müəllimi Rza Rzayevin "Qurani-Kərim" oxuması ilə başlayıb.

Tədbiri Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev açıb. BİU-nun “İctimai fənlər kafedrası”nın müdiri Elvin Talışinski konfransın əhəmiyyətindən danışıb. 

Sonra məruzələr dinlənilib.

Bakı İslam Universitetinin müəllimləri: İbrahim Quliyev “Dözümlülüyün mahiyyəti və müasir müsəlmanın portreti”, Mirabbas Mirbağırov “Birlik və bərabərlik ruhu: vəhdət” və Asəf Qənbərov “İslamda dinlər arası tolerantlıq ənənəsi: tarixi aspektlər” çıxış ediblər.

Konfransa Bakı İslam Universitetinin dekanı Hacı Fuad Nurullayev yekun vurub.

Son xəbərlər

Orphus sistemi