Bakıda maarifləndirici tədbir keçirilib

Bakıda maarifləndirici tədbir keçirilib Fuad Nurullayev: "Həyata keçirilən layihələr dini mühitdə müsbət meyillər yaradır"
Din
10 Yanvar , 2017 21:11
Bakıda maarifləndirici tədbir keçirilib

Bakı 10 yanvar. REPORT.AZ/ Səbail rayonu İçərişəhər “Cümə” məscidi dini icması tərəfindən “Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Dövlət Komitəsinin  Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev və baş məsləhətçisi Samir Yoldaşov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev, İçərişəhər “Cümə” məscidinin axundu və dini icmasının sədri Surxay Məmmədli, Qarabağ Seyid Ocaqları Birliyinin sədri Seyid Camal Əzimbəyli, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.

C.Əliyev ölkəmizdə dövlət-din münasibətlərinin və dini maarifləndirmə işinin yüksək səviyyədə olduğunu dinləyicilərin diqqətinə çatdırıb, milli kimliyimizin tərkib hissəsi kimi dini dəyərlərin qorunmasının müstəsna əhəmiyyətini qeyd edib və gənclərlə bu istiqamətdə mütəmadi fikir mübadiləsinin vacibliyini vurğulayıb.

QMİ-nin sədr müavini Fuad Nurullayev həyata keçirilən layihələrin dini mühitdə müsbət meyillər yaratdığını bildirib.

İçərişəhər “Cümə” məscidinin axundu və dini icmasının sədri Surxay Məmmədli məsciddə həyata keçirilən layihəyə görə ölkə rəhbərliyinə minnətdarlıq edib.

Qarabağ Seyid Ocaqları Birliyinin sədri Seyid Camal Əzimbəyli və tarixçi-araşdırmaçı Yusif Məmmədli mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Son xəbərlər

Orphus sistemi