"Dini liderlərin Bakı sammiti Azərbaycandan öyrəniləcək şeylərin olduğunu, multikulturalizm və tolerantlıq sahəsindəki təcrübənin bütün dünyada ləyiqli şəkildə tətbiq oluna bilinəcəyini göstərir".
Bunu "Report"a Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyasının mətbuat xidmətinin rəhbəri, protoierey Konstantin Pimanov deyib.
"Azərbaycan qədim dövrlərdən bəri şimaldan cənuba, qərbdən şərqə gedən yolların qovşağı hesab olunur və qədim dövrlərdən bəri elə gətirib ki, Azərbaycan ərazisində çox sayda millət yaşayır, hər zaman müxtəlif dini məzhəblər və cərəyanlar olub. Tarix bu gün də davam edir və dünyanın dini liderlərinin Bakıda keçirilən II sammiti çox böyük əhəmiyyətə malikdir", - protoierey Konstantin Pimanov bildirib.
Onun sözlərinə görə, zirvə görüşü Şeyxülislam
O, ümummilli lider
"Həqiqətən də, bu, belədir, Heydər Əliyevin başlatdığı siyasət - multikulturalizm siyasəti, tolerantlıq siyasəti indi də həyata keçirilir.
Onun sözlərinə görə, Azərbaycanın dünyəvi dövlət olmasına baxmayaraq, Konstitusiya bütün dinlərin nümayəndələri - müsəlmanlar, xristianlar, yəhudilər üçün yazılıb: "Biz hamımız bu ölkənin vətəndaşlarıyıq, hamımız onun çiçəklənməsinə, inkişafına görə sevinirik və Azərbaycanın təkcə iqtisadi deyil, həm də mənəvi cəhətdən çiçəklənməsi üçün hər şeyi edirik".
Qeyd edək ki, Dini liderlərin II Sammiti noyabrın 14-15-də Bakıda keçirilib və Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinə həsr olunub. Sammitə müxtəlif ölkələrdən ənənəvi dinlərin 200-ə yaxın lideri dəvət olunub.