Bakı. 24 iyun. REPORT.AZ/ Bakı İslam Universitetində (BİU) 2016-2017-ci tədris ilində təhsil almaq istəyən abituriyentlərin seçilməsi məqsədilə ali təhsil müəssisəsində iyulun 25-dən 29-dək Dini-Psixoloji Komissiya fəaliyyət göstərəcək.
Bu barədə "Report"a BİU-dən məlumat verilib.
Bildirilib ki, bu məqsədlə bu il mayın 15-də III ixtisas qrupu üzrə imtahan verən və 100-dən çox bal toplayan abituriyentlər Dini-Psixoloji Komissiyadan keçmək üçün universitetə müraciət edib qeydiyyata alına bilərlər.
