Bahar Muradova: "Azərbaycan dünyaya sülh çağırışı edən ölkədir"

Bahar Muradova: "Azərbaycan dünyaya sülh çağırışı edən ölkədir" Bakı. 5 mart. REPORT.AZ/ “Azərbaycan əməkdaşlıq və dialoq məkanı, eləcə də dünyaya sülh çağırışı edən ölkədir”.
Din
5 Mart , 2019 13:38
Bahar Muradova: Azərbaycan dünyaya sülh çağırışı edən ölkədir
Milli Məclisinin sədr müavini, Dövlət Komissiyasının üzvü Bahar Muradova / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 5 mart. REPORT.AZ/ “Azərbaycan əməkdaşlıq və dialoq məkanı, eləcə də dünyaya sülh çağırışı edən ölkədir”.

“Report” xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, Azərbaycan münaqişə ilə üzləşib, terrora məruz qalıb: “Bunları bildiyimiz üçün sülhə birgə xidmət etməyin vacib olduğunu düşünürük. Dini, siyasi, iqtisadi, mədəni əlaqələrdən, imkanlardan istifadə edərək sülh və əmin-amanlığın, təhlükəsiz bir dünyanın yaranmağına xidmət etməyi düşünür və çağırış edirik”.

Milli Məclis sədrinin müavini vurğulayıb ki, müsəlman ailəmində ilk demokratik respublika Azərbaycanda qurulub: “Azərbaycan hələ 100 il əvvəl etnik mənsubiyyətindən, dini inancından, siyasi dünyagörüşəndən, hansı cinsə mənsub olmasından asılı olmayaraq vətəndaşın cəmiyyət quruculuğuna cəlb olunması və bərabər hüquqlarla təmin olunması istiqamətində müsəlman şərqində ilk addım atıb. Bu bütün dünyanın, demokratik cəmiyyəti hədəf götürən insanlığın nailiyyətidir”.

B.Muradova qeyd edib ki, bu gün dinlər və konfesiyalar, xalqlar və dinlər arasında harmoniyanı, dialoqu, qarşılıqlı kömək və əməkdaşlığı əldə etmək üçün anlayışlı olmaq lazımdır: “Hüquqi dövlətin əsas işi isə tərəqqiyə və sosial iqtisadi inkişafa gətirib çıxaran cəmiyyət qurmaq və bu cəmiyyətin mərkəzi fiquru olan insan rifahını təmin etmək üçün çalışmaqdır. Azərbaycan da dayanaqlı inkişaf məqsədlərinə çox geniş əməl edir. Bu məqsədlər içərisində dini və etnik, mədəniyyətlərarası dialoqun əməkdaşlığa keçidi çox vacibdir”. 

Son xəbərlər

Orphus sistemi