​Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aşura mərasimləri ilə bağlı tədbirlər hazırlayıb

​Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aşura mərasimləri ilə bağlı tədbirlər hazırlayıb Dövlət Komitəsində müşavirə keçirilib
Din
31 Oktyabr , 2014 16:56
​Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aşura mərasimləri ilə bağlı tədbirlər hazırlayıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin iştirakı ilə ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib. Bu barədə “Report”a komitənin mətbuat xidmətindən bildirilib.

Tədbirdə Dövlət müşaviri xidmətinin əməkdaşları, DQİDK-nın rəhbərliyi, eləcə də Dövlət Komitəsi Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

DQİDK sədri Mübariz Qurbanlı gündəlikdəki məsələlər barədə ətraflı məlumat verərək bildirib ki, Dövlət Komitəsi qarşıdan gələn Aşura mərasimləri ilə bağlı müəyyən tədbirlər hazırlayıb və artıq həmin tədbirlərin icrasına başlanılıb. M.Qurbanlı qeyd edib ki, Dövlət Komitəsi 16 noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbirlər təşkil etməyi nəzərdə tutur. Həmin tədbirlər Bakı ilə yanaşı, Gəncə və Qəbələ şəhərlərində də təşkil olunacaq.

Dövlət müşaviri K.Abdullayev bölgələrə səfərləri zamanı dindarlar və ziyalılarla görüşlərdə qaldırılmış məsələlər və verilmiş tapşırıqların icra vəziyyəti ilə maraqlanıb.

Müşavirədə ölkədəki mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Aşura günü təziyə mərasimlərində Kərbəla şəhidləri ilə yanaşı, Azərbaycanın şəhidləri və qaziləri də anılmalıdır.

Son xəbərlər

Orphus sistemi