Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün qiymət müəyyənləşib

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün qiymət müəyyənləşib Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymət müəyyənləşib.
Din
15 Mart , 2023 19:57
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün qiymət müəyyənləşib

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymət müəyyənləşib.

Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, bir nəfərlik ziyarət paketinin qiyməti 5 750 ABŞ dolları təşkil edir: "Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsilə həyata keçiriləcək".

İdarənin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri "Report"a bildirib ki, səfər uçuşları iyunun sonu- iyulun əvvəlinə təsadüf edəcək: "Builki ziyarətdə keçən ildəkindən fərqli olaraq, heç bir yaş məhdudiyyəti qoyulmayıb".

Həcc ziyarətinə getmək istəyən vətəndaşlardan aşağıdakı sənədlər tələb edilir:

1.Xarici pasport;

2.Şəxsiyyət vəsiqəsinin surəti;

3.3.5 × 4.5 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil;

4.Sağlamlıq haqqında arayış.

Sənəd qəbulu martın 17-dən başlanmaqla QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Qeyd edək ki, Azərbaycandan bu il Həcc ziyarəti üçün nəzərdə tutulan qiymətdə 669 manat artım olub. Belə ki, keçən il üçün ziyarət qiyməti 9 106 manat təyin edilmişdi. Bu il isə qiymət 9 775 manat təşkil edir.

Son xəbərlər

Orphus sistemi