Azərbaycandakı qeyri-islam dini icmalarının nümayəndələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Azərbaycandakı qeyri-islam dini icmalarının nümayəndələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər Azərbaycandakı qeyri-islam dini icmaların nümayəndələri və onların dəvəti ilə ölkəmizə gələn qonaqlar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Din
28 Mart , 2023 13:54
Azərbaycandakı qeyri-islam dini icmalarının nümayəndələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Azərbaycandakı qeyri-islam dini icmalarının nümayəndələri və onların dəvəti ilə ölkəmizə gələn qonaqlar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

"Report"un Şimal bürosunun məlumatına görə, ziyarətdə Azərbaycanda Katolik kilsəsinin Apostol Prefekturası, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, “Azərbaycan Bibliya Cəmiyyəti, Yeddinci Günün Adventistləri, Xilaskar Yevangelik-Lüteranlar, Bakı şəhəri Yeni Apostol, Həyat sözü Xristian, Yevangelist Məsihi Baptistlərinin Aqape, Həyat sözü, Həyatverici lütf, Alov, Vineyard, Krişna Şüuru dini icmalarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Dini icma təmsilçiləri Memorial Kompleksinin önünə gül dəstələri düzüblər, soyqırımı qurbanlarının xatirəsini yad ediblər, dualar oxuyublar.

Ziyarətçilərə 1918-ci ildə ermənilərin Qubada törətdiyi vəhşiliklər, Azərbaycan xalqının başına gətirilən dəhşətlər və bu qırğınların real nişanələri haqqında ətraflı məlumat verilib.

Qeyd olunub ki, həmin dövrdə təkcə Quba qəzasında 16 782 nəfər öldürülüb, 122 kənd yerlə yeksan edilib. Quba şəhərində 259 ev yandırılıb, 1800 nəfər azyaşlı erməni vandalizminin qurbanı olub.

Dini icma təmsilçilərini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev müşayiət edib.

Son xəbərlər

Orphus sistemi