Gündüz İsmayılov: "Nurçuluq cərəyanının "müasir qol"u Azərbaycanda siyasi proseslərə müdaxilə edir"

Gündüz İsmayılov: "Nurçuluq cərəyanının "müasir qol"u Azərbaycanda siyasi proseslərə müdaxilə edir" "İslam elə yayılmalıdır ki, onun yayılmasında formalaşmış din xadimi və dini icma üzvü azərbaycanlılıqdan uzaqlaşmasın"
Din
185
26 Dekabr , 2014 16:07
Gündüz İsmayılov: Nurçuluq cərəyanının müasir qolu Azərbaycanda siyasi proseslərə müdaxilə edir

Bakı. 26 dekabr. REPORT.AZ/ "Nurçuluq cərəyanının "müasir qol"u Azərbaycanda siyasi proseslərə müdaxilə edir". "Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Azərbaycan Dövlət Dəmir Yolları" ASC-də “Milli mənəvi dəyərlər və müsairlik” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, Azərbaycanda iki qolu var: "Onlardan biri "dərsxana qrupu"dur, ikincisi isə onlardan ayrılmış daha elmə, təhsilə, mədəniyyətə, maarifə diqqət göstərən "müasir qol"udur". 

G.İsmayılov qeyd edib ki, "müasir qrup" siyasi proseslərə müdaxilə edir: "Məsələn, kollektiv şəkildə, rəhbərin mövqeyini ifadə edən rəyi nəzərə alaraq seçkilərdə iştirak etmək, ölkədə baş verən siyasi və iqtisadi prosesləri gözdən salmaq kimi hallar və s.”

Onun sözlərinə görə, dövlətin əsas istəyi odur ki, hansı dini yolu seçməsindən asılı olmayaraq, azərbaycanlı kimliyini qoruyub saxlasın: “Azərbaycanda dinin yayılmasında heç bir problem yoxdur. İnsanlar dini sərbəst şəkildə, istəklərinə uyğun qanunvericilik çərçivəsində öyrənə bilərlər. Amma İslam elə yayılmalıdır ki, onun yayılmasında formalaşmış din xadimi və dini icma üzvü azərbaycanlılıqdan uzaqlaşmasın, azərbaycanlı kimi qalsın. Yəni İslamın təbliğatı nəticəsində formalaşmış dindar insan müsəlman olduğu kimi, azərbaycanlı kimliyini də saxlasın”.

Son xəbərlər

Orphus sistemi