​Azərbaycanda məhkəmə dini icmanın dövlət qeydiyyatını ləğv edib

​Azərbaycanda məhkəmə dini icmanın dövlət qeydiyyatını ləğv edib Ali Məhkəmənin hakimi Sevda Hüseynovanın sədrliyilə kassasiya şikayətinə baxılıb
Din
13 Noyabr , 2014 09:07
​Azərbaycanda məhkəmə dini icmanın dövlət qeydiyyatını ləğv edib

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycanda məhkəmə dini icmanın dövlət qeydiyyatını ləğv edib. “Report”un məlumatına görə, “Fatimeyi-Zəhra məscidinin dindarları” dini icmasının qeydiyyatı ləğv olunub.

Belə ki, bir müddət əvvəl Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “Fatimeyi-Zəhra məscidinin dindarları” dini icmasının qeydiyyatının ləğv olunmasını xahiş edib. Məhkəmə iddianı təmin edib. Bakı Apelyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.

Lakin icma Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmənin hakimi Sevda Hüseynovanın sədrliyilə keçirilən prosesin yekununda “Fatimeyi-Zəhra məscidinin dindarları” dini icmasının şikayəti təmin edilməyib, yəni, icmanın dövlət qeydiyyatının ləğv olunması ilə bağlı qərarı qüvvədə qalıb. Beləliklə, sonuncu instansiyanın qərarından sonra dini icmanın rəsmi dövlət qeydiyyatı ləğv edilib.

Son xəbərlər

Orphus sistemi