Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) İslam dininə aid ibadət yerlərində imam və imam müavini vəzifələrinin tutulması üçün keçirilmiş müsahibələrdə uğur qazanan və təyinat alan din xadimləri ilə görüş keçirib.
"Report" xəbər verir ki, görüşdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı din xadimlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra din xadimlərinə tövsiyələrini verən M.Qurbanlı milli-mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlərdə onların üzərinə düşən vəzifələrə diqqət çəkib. O bildirib ki, İslam dininin əsaslarının, məram və məqsədinin olduğu kimi cəmiyyətə çatdırılmasında, həm də ondan hansısa destruktiv məqsədlər üçün istifadə olunmasının qarşısının alınmasında din xadimləri aktivlik nümayiş etdirməli, mənfi tendensiyalara qarşı mübarizədə, ideoloji sahədə aparılan maarifləndirmə işlərində ön sıralarda yer almalıdırlar.
Komitə sədri, həmçinin məscidlərdə vəhdət prinsipinə, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvalarına əməl olunmasının vacibliyini vurğulayıb.
Din xadimləri öz növbələrində məscidlərə məhz bu qaydalar əsasında təyinatın həyata keçirilməsindən məmnunluqlarını ifadə edərək, imtahanların obyektiv və şəffaf təşkil edilməsindən razılıqlarını bildiriblər.
Sözügedən din xadimlərinin təyinatı və vəzifələri barədə məlumatı təqdim edirik:
1. Verdiyev Məhəmməd Həsən oğlu - Zaqatala rayonu, "Yengiyan" kənd məscidi (İmam müavini)
2. Qulamov Asif Ərəstun oğlu - Suraxanı rayonu, Qaraçuxur qəsəbə məscidi (İmam müavini)
3. Tahirov Turab Əliqan oğlu - Abşeron rayonu, "Aşağı Güzdək" qəsəbə məscidi (İmam müavini)
4. Səmədov Məcid Ələsgər oğlu - Saatlı şəhəri, “Şeyx Yusif” məscidi (İmam)
5. Babaşov Saleh Zubeyir oğlu - Qəbələ şəhəri, "Səkkizguşəli" məscidi (İmam müavini)
6. Əbdürəhimov Pünhan Qasım oğlu - İsmayıllı rayonu, Lahıc qəsəbəsi "Bədöyün" məscidi (İmam müavini)
7. Aslanlı Ramil Zakir oğlu - Yasamal rayonu, "Hacı Cavad" məscidi (İmam)
8. Əliməmmədov Cəlal Mövlan oğlu - Quba rayonu, "Hacı Hüseynli" kənd məscidi (İmam müavini)
9. Qurbanov Aftandil Kitab oğlu - Astara rayonu, Şuvi kənd məscidi (İmam müavini)
10. Qurbanov Vüqar Ələddin oğlu - Gəncə şəhəri, "Şah Abbas" məscidi (İmam)
11. Mərcanov Mərdalı Muxəmməd oğlu - Şamaxı rayonu, Qaleybuğurd kənd məscidi (İmam müavini)
12. Əlicanov Rahil Abdulbaği oğlu - Sabirabad rayonu, Kovlar kənd məscidi (İmam müavini)
13. Yunusov Şahbaz Mirxas oğlu - Cəlilabad rayonu, Həziabad kənd məscidi (Dini ayinlərin icraçısı-müəzzin)
14. Bayramov Rəmzin Ruşan oğlu - Masallı rayonu, Şıxlar kənd məscidi (İmam müavini)
15. Xurşidov Sobit Soliyeviç - Sabirabad rayonu, Əhmədabad kənd 2№ li məscidi (Dini ayinlərin icraçısı-müəzzin)
16. Mirzəyev Əbdülhüseyn Əbdülhəsən oğlu - Sabunçu rayonu, Nardaran qəsəbəsi "Cümə" məscidi (İmam)
17. Kərimov Seyid Kərim oğlu - Qəbələ rayonu, "Böyük Pirəli" kənd məscidi (Dini ayinlərin icraçısı-müəzzin)
18. İbrahimov Rövşən İbrahim oğlu - Balakən şəhəri, "Mərkəzi Cümə" məscidi (İmam müavini)
19. Ömərov Xizri Şaban oğlu - Zaqatala rayonu, Car kənd məscidi (İmam müavini)
20. Talıbov İsmət Aqil oğlu - Zərdab rayonu, Qoruqbağı kəndi "Cümə" məscidi (İmam müavini)
21. Əskərov Hafiz Adil oğlu - Lənkəran rayonu, Girdəni kənd məscidi (İmam müavini)
22. Ağalarov Laçın Səməd oğlu - Qəbələ şəhər məscidi (İmam)
23. Fərəczadə Seyran Akif oğlu - Quba şəhəri, "Cümə" məscidi (İmam)
24. Ziyaddinov Ruslan Əşrəf oğlu - Xaçmaz rayonu, Qaracəlli kənd məscidi (Dini ayinlərin icraçısı-müəzzin)
25. Səlimov Azər Ağamir oğlu - Şəki rayonu, "Baltalı" kənd məscidi (Dini ayinlərin icraçısı-müəzzin)
26. Qiyasov Natiq Saday oğlu - Sabirabad rayonu, Muğan-Gəncəli 1 saylı kənd məscidi (Dini ayinlərin icraçısı-müəzzin)
27. Zülfüqarov Pərviz Çingiz oğlu - Qəbələ şəhəri, "Cümə" məscid (Dini ayinlərin icraçısı-müəzzin)
28. Məmmədov Nəbi Nərman oğlu - İsmayıllı rayonu, "Topçu" kənd məscidi (İmam müavini)
29. Rüstəmov Rasəf Müsəf oğlu - İmişli şəhəri, "Məşədi Həbib" məscidi (İmam)