Kamal Abdullayev: "Azərbaycan öz birləşdirici, mərkəzi, ideoloji, siyasi missiyasını yenə yerinə yetirəcək"

Kamal Abdullayev: "Azərbaycan öz birləşdirici, mərkəzi, ideoloji, siyasi missiyasını yenə yerinə yetirəcək" “Multikulturalizm ili”nin təbii davamı kimi, “İslam Həmrəyliyi ili” çox məntiqli və çox siyasi bir uzaqgörənliklə irəli sürülən ideyadır”
Din
13 Yanvar , 2017 15:46
Kamal Abdullayev: Azərbaycan öz birləşdirici, mərkəzi, ideoloji, siyasi missiyasını yenə yerinə yetirəcək

Bakı. 13 yanvar. REPORT.AZ/ “Multikulturalizm ili”nin təbii davamı kimi, “İslam Həmrəyliyi ili” çox məntiqli və çox siyasi bir uzaqgörənliklə irəli sürülən ideyadır”.

“Report” xəbər verir ki, bunu millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, “İslam Həmrəyliyi ili” həm Azərbaycanda yaxında baş tutacaq İslam Həmrəylik Oyunları, həm də islam dünyasında baş verən proseslərə bir ahəng, nizam gətirmək arzusu və cəhdi ilə bağlıdır: “Dövlət başçısı qeyd etdi ki, bu həmrəylik islam ölkələri daxilində anlaşmanı, nizamı qaydasına salan bir il kimi Azərbaycan tərəfindən öz çiyinlərinə götürülən müəyyən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı olacaq. Eyni zamanda, islam daxilindəki həmrəyliyi islam və digər konfessiyalar arasında olan həmrəyliklə davam etdirmək vacibdir. İslam həmrəyliyi bir tərəfdən islam daxilində həmrəyliyi nəzərdə tutursa, digər tərəfdən, digər konfessiyalarla həmahəng, məntiqi və son dərəcə vacib olan xətlərin möhkəmlənməsini də nəzərdə tutur”.

K.Abdullayev bildirib ki, Azərbaycan öz birləşdirici, mərkəzi, ideoloji, siyasi missiyasını bu il də böyük şərəflə yerinə yetirəcək: "Nazirlər Kabinetinə “İslam Həmrəyliyi ili” elan olunması münasibətilə bir ay müddətinə tədbirlər planı hazırlamaq tapşırılıb və həmin plan hazır oldqudan sonra bu il çərçivəsində müvafiq işlər həyata keçiriləcək". 

Son xəbərlər

Orphus sistemi