Bakı. 12 dekabr. REPORT.AZ/ Ərbəin - İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü münasibətilə Azərbaycan məscidlərində matəm mərasimi keçiriləcək. Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən bildirilib.
Bakı və şimal bölgəsinin bəzi məscidləri istisna olmaqla, bütün bölgələrdəki məscidlərdə keçiriləcək mərasimlərdə Kərbəla hadisələrinin tarixi mahiyyəti, Vətən, iman sevgisi, torpağa bağlılıq təlqin olunacaq. Məclislərdə Kərbəla şəhidlərinin şəninə xütbələr oxunacaq, Vətənimiz uğrunda şəhid olanların əziz xatirəsi yad ediləcək.
QMİ Azərbaycan müsəlmanlarına İmam Hüseynin (ə) təziyəsi ilə bağlı başsağlığı verib.