Gündüz İsmayılov: "Azərbaycan məscidlərində yarım milyon insanın eyni vaxtda ibadət etməsi üçün şərait var"

Gündüz İsmayılov: "Azərbaycan məscidlərində yarım milyon insanın eyni vaxtda ibadət etməsi üçün şərait var" "Bu gün ölkədə 2 166 məscid var, onlardan 1 500-ü gündəlik fəaliyyət göstərir"
Din
14 Oktyabr , 2016 15:21
Gündüz İsmayılov: Azərbaycan məscidlərində yarım milyon insanın eyni vaxtda ibadət etməsi üçün şərait var

Bakı. 14 oktyabr. REPORT.AZ/ "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Ermənistanın təcavüzkarlıq siayasətinin beynəlxalq aləmdə ifşa edilməsi, eyni zamanda bu siyasətin nəticəsində dağıntıya məruz qalmış tarixi dini abidələrlə bağlı mütəmadi olaraq broşürlər hazırlayıb və onları müxtəlif xarici ölkələrdə yayıb".

“Report” xəbər verir ki, bunu Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanda dövlət-din münasibətləri - 25 il” mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, Dövlət Komitəsi işğal olunmuş ərazilərdəki məscidlər, Alban kilsələri ilə bağlı fotosərgilər təşkil edib: “Tarixi dini abidələrlə bağlı fotosərgilər Azərbaycanda, eyni zamanda BMT-nin mənzil-qərargahında, Brüsseldə, Moskvada, Təbrizdə işğal olunmuş ərazilərdə qalan abidələrin fotolarından ibarət sərgilər təşkil etmişik. Bununla bağlı ayrıca kitab da nəşr olunub. Kitabın rus, ingilis və fars dillərində çap edilməsi nəzərdə tutulur”.

G.İsmayılov deyib ki, Azərbaycanda 2 166 məscid: "Onlardan 1 500-ü gündəlik fəaliyyət göstərir: "Məscidlərin 692-nin dini icması dövlət qeydiyyatına alınıb. Azərbaycan məscidlərində yarım milyon insanın eyni vaxtda ibadət etməsi üçün şərait var. Sovetlər dövründə cəmi 17 məscid var idi”.  

Dövlət Komitəsinin sədr müavini vurğulayıb ki, Bakı İslam Universiteti və Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin bu günə qədər minlərlə məzunu olub: "Azərbaycanda dini kadrların hazırlanmasında bu iki təhsil ocağının böyük rolu var. Azərbaycanda 3 dövlət qeydiyyatından keçmiş mədrəsə də fəaliyyət göstərir. Bunlardan biri Şəki islam mədrəsidir, qarilər (Quran hafizləri) yetişdirir. Bu gün Azərbaycanda 200-dən artıq qari var. Zaqatalının Əliabad qəsəbəsində İslam mədrəsəsi var. Bakıda da Badamdarda "Şəbnəm" qızlar mədrəsi var. Burada da qızlar dini təhsilə cəlb edilib. Eyni zamanda, Azərbaycanda xristian, yəhudi dini tədris müəssisələri, protestant icmalarının məktəbləri də var".

Son xəbərlər

Orphus sistemi