“Azərbaycan cəmiyyəti olaraq birgəyaşayışla bağlı ənənəmizi inkişaf etdirməliyik”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Bəhailəri Mərkəzinin katibi Ramazan Əsgərli Bakıda keçirilən “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bütün insanlıq kimlik böhranının cəngindədir: “Bu hal da insanları dərindən düşünməyə vadar edir. Lakin Azərbaycanda tarixən multikulturalizm mədəniyyəti mövcud olduğu üçün xoşbəxtik”.
R.Əsgərli xatırladıb ki, din iman məsələsidir: "İmanın birinci əlaməti isə sevgidir. Bu sevgi də insani əlamətlərin konturlarını təşkil edir. Biz bundan sonra da Azərbaycan cəmiyyəti olaraq birgəyaşayışla bağlı ənənəmizi inkişaf etdirməliyik. Çünki Azərbaycan bir çox ölkələrə nümunədir”.