Bakı. 28 avqust. REPORT.AZ/ İran İslam Respublikasının tanınmış din xadimi Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani Azərbaycanda səfərdə olacaq. Bu barədə "Report"a
QMİ-nin dəvəti ilə reallaşdırılan səfər 31 avqust - 4 sentyabr tarixlərində gerçəkləşəcək.
Səfər çərçivəsində Bakı şəhərində, Şamaxı və Gəncədə bir sıra görüşlər nəzərdə tutulub.
Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani səfər çərçivəsində Şəhidlər Xiyabanını, Heydər və Bibi-Heybət məscidini ziyarət edəcək, sonra TəzəPir məscidində namaz qılınacaq.
Səfərin digər günlərində Şamaxı Cümə məscidi ilə tanışlıq nəzərdə tutulub. Daha sonra Gəncədə Nizami Gəncəvi məqbərəsinin, Şah Abbas məscidinin ziyarəti və İmamzadə kompleksi ilə tanışlıq olacaq.