Allahşükür Paşazadə Yuta ştatının vitse-qubernatoru ilə görüşüb

Din
  • 02 mart, 2023
  • 01:02
Allahşükür Paşazadə Yuta ştatının vitse-qubernatoru ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və onun rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-yə səfəri çərçivəsində Yuta ştatının vitse-qubernatoru Deydre Hendersonla görüş baş tutub.

“Report” xəbər verir ki, bu barədə vitse-qubernator tviterdə yazıb.

“Doğrudan da, bu gün Azərbaycan Respublikasından belə böyük dinlərarası nümayəndə heyətini Kapitolidə (Yuta ştatındakı – red.) salamlamaq mənim üçün şərəf idi.

Biz azərbaycanlı dostlarımızı və onların dini azadlıqlara sadiqliyini çox yüksək qiymətləndiririk”, - D. Henderson sosial şəbəkədə qeyd edib.

Xatırladaq ki, fevralın 27-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və onun başçılıq etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına səfərə yola düşmüşdü.