Allahşükür Paşazadə Yunanıstan səfiri ilə görüşüb

Allahşükür Paşazadə Yunanıstan səfiri ilə görüşüb Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosu qəbul edib
Din
136
19 Mart , 2021 14:39
Allahşükür Paşazadə Yunanıstan səfiri ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosu qəbul edib.

"Report" xəbər verir ki, səfiri səmimi salamlayan QMİ sədri Azərbaycanda müxtəlif din nümayəndələrinin dostluq, qardaşlıq, qarşılıqlı anlaşma mühitində yaşamalarını böyük nemət kimi dəyərləndirdiyini və ölkəmizin xristian dünyası ilə əlaqələrinin dərinləşməsini müsbət hal kimi qeyd edib.

Şeyxülislam A.Paşazadə Azərbaycanda dinlər və məzhəblər arasında mövcud yüksək səviyyəsinin təmini və davamlılığında dövlət siyasətinin, şəxsən ölkə rəhbərinin səy və fəaliyyətinin böyük rolu olduğunu fəxarətlə vurğulayıb.

Şeyxülislam Azərbaycanın dini mərkəzinin pravoslav konfessiyası ardıcılları, o cümlədən, Rus Pravoslav Kilsəsi, Gürcü Pravoslav Kilsəsi ilə tarixən yaxın əlaqələrinin mövcudluğuna diqqəti çəkərək, Yunan Ortodoks Patriarxı I Varfolomey ilə dinlərarası dialoq müstəvisində məhsuldar əlaqələrin səviyyəsindən razılığını ifadə edib. O, QMİ nəzdində fəaliyyət göstərən Beynəlxalq Bakı Dinlər və Mədəniyyətlərarası Əməkdaşlıq Mərkəzinin xətti ilə keçirilən beynəlxalq forumlar, o cümlədən, Avropa ölkələrində baş tutmuş beynəlxalq konfranslar barədə səfirə ətraflı məlumat verib. Bildirib ki, Direktorlar Şurasının üzvü olduğu KAİSİİD Beynəlxalq Dialoq Mərkəzində əməkdaşlıq etdiyi kolleqaları arasında yunan əsilli nüfuzlu din xadimləri ilə əməkdaşlıq dinlərarası münasibətlər müstəvisinə öz töhfələrini verir.

Yunanıstan səfiri Novruz bayramı ərəfəsində A.Paşazadə kimi tanınmış, müsəlman dünyasının nüfuzlu dini lideri ilə görüş imkanından şərəf duyduğunu ifadə edib. Səmimi şəraitdə keçən görüşdə Şeyxülislam A. Paşazadə QMİ-nin tarixi və fəaliyyətinə dair yunan səfiri maraqlandıran suallar ətrafında danışıb.

Şeyxülislam A. Paşazadə rəhbərlik etdiyi dini mərkəz – QMİ-nin dünyanın 100-ə yaxın ölkəsi ilə beynəlxalq əlaqələrinin mövcudluğunu qeyd edərək, Avropa ilə dinlərarası əməkdaşlıq yönündə əməli fəaliyyət çərçivəsində Yunanıstan və Yunan Ortodoks Kilsəsi ilə gələcək əməkdaşlıq perspektivlərinin xeyirlərə vəsilə olacağına ümidvar olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi