​Allahşükür Paşazadə Türkiyənin baş haxamı ilə görüşüb

​Allahşükür Paşazadə Türkiyənin baş haxamı ilə görüşüb Sədr: "Azərbaycan örnəyi dünyada lazımınca, uğurla təbliğ, tətbiq olunarsa, ksenofobiya meyilləri azalar"
Din
8 Aprel , 2016 13:34
​Allahşükür Paşazadə Türkiyənin baş haxamı ilə görüşüb

Bakı. 8 aprel. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri hacı Allahşükür Paşazadə Türkiyənin baş haxamı ilə görüşüb.

Bu barədə "Report"a QMİ-nin mətbuat xidmətindən bildirilib.

Görüşdə QMİ sədri 19-cu Qlobal ekonomik sammitin iqtisadi forum olmasına baxmayaraq, dinlərarası dialoq üçün də gözəl bir fürsət olduğunu bildirib. Dünyada müxtəlif sahələrdə, o cümlədən, iqtisadiyyatda yaşanan böhranların həm də mənəvi səciyyə daşımasına diqqəti çəkən Şeyxülislam A.Paşazadə vurğulayıb ki, son zamanlar dünyada baş verən terror aktları bir daha sübut edir ki, mədəniyyətlərarası, dinlərarası dialoq sahəsində hələ çox iş görülməlidir. Şeyxülislam bildirib ki, Azərbaycan örnəyi dünyada lazımınca, uğurla təbliğ, tətbiq olunarsa, əmindir ki, ksenofobiya meyilləri azalar, dinlərarası gərginliklər, milli, dini zəmində qarşıdurmalar baş verməz.

Türkiyənin baş haxamı İshak Haleva da, öz növbəsində, bildirib ki, qədim zamanlarda din müxtəlifliyi müharibələrə səbəb olurdu. Lakin müasir dunyada müxtəlif dinlərin dialoqu sülh yolunda böyük önəm kəsb edir. O, Şeyxülislamın dinlərarası əməkdaşlıq sahəsində beynəlxalq nüfuzunun və Azərbaycan dövlətinin bu sahədə təcrübəsinin böyük əhəmiyyətini və bu məqamlardan istifadənin vacib olduğunu təsdiqləyib.

QMİ sədrinin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri - Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr, Roma Katolik kilsəsinin Bakıdakı ordinatoru Vladimir Fekete, Azərbaycan Dağ Yəhudiləri icmasının başçısı Melix Yevdayev də görüşdə iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi