Allahşükür Paşazadə Qazaxıstana səfərə gedir

Allahşükür Paşazadə Qazaxıstana səfərə gedir Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 5-də Qazaxıstan Respublikasının Türküstan şəhərinə səfərə yola düşür.
Din
4 May , 2022 13:04
Allahşükür Paşazadə Qazaxıstana səfərə gedir
Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 5-də Qazaxıstan Respublikasının Türküstan şəhərinə səfərə yola düşür.

Bu barədə "Report"a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, səfərdə məqsəd 6 may tarixində keçiriləcək "Türk xalqlarının İslam sivilizasiyasına töhfələri" mövzusunda beynəlxalq elmi-praktiki konfransda iştirak etməkdir.

Beynəlxalq tədbirdə Türkiyə Diyanət İşləri Başkanı dr. Ali Erbaş və Mərkəzi Asiya respublikalarının müftiləri iştirak edəcəklər. Konfrans iştirakçıları türk dünyasının böyük din xadimi, təsəvvüf fəlsəfəsinin banisi Xoca Əhməd Yəsəvinin məqbərəsini ziyarət edəcək, Beynəlxalq Türk-Qazax Universitetində görüşlər keçirəcəklər.

Konfransda məruzə ilə çıxış edəcək QMİ sədri Şeyxülislam A. Paşazadə tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini idarə rəhbərləri ilə məşvərət edəcək, TDT müsəlman dini liderləri Şurasının İstanbulda təsis olunmasından sonra Azərbaycanda keçiriləcək növbəti toplantısının müzakirəsini aparacaqdır.

Son xəbərlər

Orphus sistemi