Şeyxülislam Allahşükür Paşazadə medianın qlobal sülh prosesində rolunun danılmaz olduğunu bildirib.
"Report"un xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri bu barədə 3-cü Səudiyyə Media Forumunda çıxış edib.
Səudiyyə Ərəbistanı Krallığının İnformasiya Nazirliyi və Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi (KAICIID) tərəfindən təşkil olunan tədbir Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin sədri və KAICIID Direktorlar Şurasının üzvü Şeyxülislam A. Paşazadə həzrətləri media, siyasətçilər və dini liderlər arasında sülh quruculuğunun və media məkanında müxtəlifliyin təşviqində birgə səylərin əhəmiyyəti mövzusuna həsr olunmuş yüksək səviyyəli panel müzakirəsində əsas məruzəçi qismində iştirak edib.
Tədbir qlobal sülh və müxtəliflik ideyalarının davamlı olaraq sınaqdan keçirildiyi bir dövrdə media və strateji tərəfdaşlıq vasitəsilə sülh və müxtəliflik əlaqələrini gücləndirmək məqsədlərinə xidmət edir və gələcək dialoqlar üçün yeni imkanlar yaradır.
Şeyxülislam Allahşükür Paşazadənin Səudiyyə Ərəbistanında keçirilən 3-cü Media Forumunda iştirakı qlobal sülh və müxtəlifliyə doğru davam edən səylər üçün əlamətdar məqam olması yüksək səviyyədə qeyd olunub.