​Allahşükür Paşazadə: “Gənclərin başqa dövlətlərin ərazisində müharibələrə cəlb olunması yolverilməzdir”

​Allahşükür Paşazadə: “Gənclərin başqa dövlətlərin ərazisində müharibələrə cəlb olunması yolverilməzdir” “Yetişməkdə olan nəsillərin daha sağlam mənəvi həyat sürmələri yönündə səylərimizi birləşdirməliyik”
Din
132
18 Noyabr , 2014 13:31
​Allahşükür Paşazadə: “Gənclərin başqa dövlətlərin ərazisində müharibələrə cəlb olunması yolverilməzdir”

Bakı. 18 noyabr. REPORT.AZ/ “Biz müasir dövrün qlobal bəlalarından xilas olmaq və insanlığın rifahı naminə birlik və tolerantlığımızı daim qoruyub saxlamalı, mədəniyyətlər və dinlərarası dialoqu inkişaf etdirməliyik”. “Report”un xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

“Xalqlarımızın, xüsusən gəncliyin tolerant, müxtəlif mədəniyyətlərə ehtiram, habelə vətənpərvərlik ruhunda, vətən təəsübünü dəyərləndirmək iqtidarına tərbiyəsini təmin etməliyik. Gənclərin müxtəlif vasitələrlə şirnikləndirilib başqa dövlətlərin ərazisində ideoloji qılaf daxilində gedən siyasi qarşıdurma və müharibələrə cəlb olunması yolverilməzdir. Bu baxımdan, yetişməkdə olan nəsillərin daha sağlam mənəvi həyat sürmələri yönündə səylərimizi birləşdirməliyik” – deyə, QMİ sədri əlavə edib.

QMİ sədri əlavə edib ki, Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib: “Şükürlər olsun ki, Azərbaycan iqtisadi-siyasi diplomatik sahədə uğurları ilə yanaşı, nümunəvi dini mənəvi həyatı ilə də dünyanın diqqət mərkəzindədir”.

Son xəbərlər

Orphus sistemi