Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan
Komitədən "Report"a verilən məlumata görə, toplantıda Dövlət Komitəsinin sədri
Azərbaycanın dünyanın diqqət mərkəzində olduğunu vurğulayan Dövlət Komitəsinin sədri Azərbaycanın daha bir beynəlxalq yarışa - İlk Avropa oyunlarına ev sahibliyi edəcəyini xatırladıb.
Azərbaycanda dövlət-din münasibətlərindən danışan M.Qurbanlı bildirib ki, Prezident İlham Əliyev və
Eyni zamanda, Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda tarixən də dini ayrı-seçkiliyə yol verilməyib və ölkədə hökm sürən tolerantlıq dünyaya nümunə kimi göstərilə bilər: "Azərbaycanın ictimai-siyasi həyatında din özünəməxsus yer tutur və ölkəmizdə ictimai-siyasi və dini sabitlik hökm sürür. İstər müsəlman, istərsə də xristian ölkələri ətrafında gedən prosesləri diqqətlə izləməli və ondan nəticə çıxarmalıyıq".
Radikalizmlə mübarizədə bütün dini icmaları fəal olmağa çağıran DQİDK sədri icma sədrlərinə fəaliyyətlərində dini maarifləndirmənin genişləndirilməsinin vacibliyini tövsiyə edib.
Bakı şəhəri Dağ Yəhudiləri Dini icmasının sədri Milix Yevdayev toplantıda çıxış edərək dini icmalara pul vəsaiti ayırdığına görə dövlət başçısı İlham Əliyevə təşəkkürünü bildirib. İcma sədri Azərbaycanın multikultural və tolerant ölkə olduğunu qeyd edib.
Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili dini maarifləndirmə nəticəsində radikalizmə qarşı mübarizə aparılmasının zəruriliyini diqqətə çatdırıb.
Sonda qeyri-islam dini icmaları adından ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul edilib. Müraciətdə Azərbaycanda yaşayan yəhudi, xristian və digər dinlərə mənsub müxtəlif dini qurumların rəhbərləri qeyri-islam təmayüllü dini icmalara dövlət tərəfindən maliyyə yardımı göstərilməsinə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər: "Hesab edirik ki, beynəlxalq ictimaiyyət və dünyəvi dövlətlər dini qurumlarla münasibətdə bu yanaşmanı nümunə kimi qəbul etməlidirlər".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycanın 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb.