Yuxarı

​Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri QMİ sədrinə məktub yazıb

Azərbaycanın bu haqlı tələbində həmişə ürəkdən dəstəkləyəcəyimizi xüsusilə vurğulayıram

Bakı. 23 aprel. REPORT.AZ/Türkiyənin Diyanət İşləri Başqanı Mehmet Görməz Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə məktub göndərib.

Bu barədə "Report"a QMİ-dən bildirilib.

Məktubda deyilir: “Vətən uğrunda şəhid düşən can Azərbaycan əsgərlərinə Cənabi-Haqqdan rəhmət diləyirirəm. Vətəninin parçası olan Qarabağ torpaqlarını geri almağa tam haqqı olan Azərbaycanın bu haqlı tələbində həmişə ürəkdən dəstəkləyəcəyimizi xüsusilə vurğulayır, bir daha belə acıların yaşanmamasını, ocaqlara atəşin düşməməsini niyaz edirəm. 24 il sonra qəhrəmancasına döyüşərək geri alınan bəzi strateji bölgələrdə yenidən dalğananan şanlı Azərbaycan bayrağının bu torpaqlarda yüksəlməsi münasibətilə məmnuniyyətimi bildirir, Sizə səmimi salamlarımı və ehtiramımı çatdırıram.”

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi