Siyavuş Novruzov: "Məhərrəm ayının digər müsəlman ölkələrində hansı şəkildə keçirilməsinin bizə aidiyyəti yoxdur"

Siyavuş Novruzov: "Məhərrəm ayının digər müsəlman ölkələrində hansı şəkildə keçirilməsinin bizə aidiyyəti yoxdur" Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycanda dini məsələlər qanunlarla tənzimlənir. Ölkədə tolerantlıq var, bütün dinlərə eyni münasibətlə yanaşılır. Qanunla qeydiyyatdan keçən bütün dini icmaların fəaliyyəti üçün şərait yaradılıb.
Din
11 Sentyabr , 2018 16:32
Siyavuş Novruzov: Məhərrəm ayının digər müsəlman ölkələrində hansı şəkildə keçirilməsinin bizə aidiyyəti yoxdur
YAP İcra katibinin müavini Siyavuş Novruzov / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 11 sentyabr. REPORT.AZ/ "Azərbaycanda dini məsələlər qanunlarla tənzimlənir. Ölkədə tolerantlıq var, bütün dinlərə eyni münasibətlə yanaşılır. Qanunla qeydiyyatdan keçən bütün dini icmaların fəaliyyəti üçün şərait yaradılıb".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, bu gün dünyanın hər yerində Azərbaycanda dinlə dövlətin birgə fəaliyyəti nümunə kimi göstərilir.

"Məhərrəm ayının digər müsəlman ölkələrində hansı şəkildə keçirilməsinin bizə aidiyyəti yoxdur. Aşura günündə insanların özünü döyməsi, xəsarət yetirməsi, baş yarması qadağan olunur. Bu gündə anma mərasimi keçirmək istəyənlər İslam qanununa uyğun şəkildə keçirə bilərlər. Ona görə də yanaşma tərzləri eyni olmalıdır", - S.Novruzov əlavə edib.

Son xəbərlər

Orphus sistemi