Səyyad Salahlı: "Müstəqillikdən sonra xalqın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib"

Səyyad Salahlı: "Müstəqillikdən sonra xalqın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib" İmişlidə “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" adlı seminar-müşavirə keçirilib
Din
16 Dekabr , 2016 20:03
Səyyad Salahlı: Müstəqillikdən sonra xalqın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib

Bakı 16 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və İmişli Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə İmişli şəhər Heydər Əliyev Mərkəzində "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" mövzusunda seminar-müşavirə keçirilib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, İmişli RİH başçısı Vilyam Hacıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, İmişli şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Adıgözəl Bəşirov, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov və şöbənin əməkdaşları, dini icma sədrləri, din xadimləri, və ziyalılar iştirak ediblər.

Tədbir DQİDK-nın sifarişi ilə çəkilmiş “Fitnə” filminin nümayişi ilə başlanıb. Tədbiri giriş sözü ilə açan İmişli RİH başçısı Vilyam Hacıyev çıxış edərək Azərbaycanda dini müstəvidə sabitlik və əmin-amanlığın bundan sonra da dövlətimiz üçün siyasi baxımdan prioritet məsələ olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışının sürətləndiyini qeyd edib. 

Son xəbərlər

Orphus sistemi