Yuxarı

​Şeyxülislam Allahşükür Paşazadə Şimali Qafqaza gedib

Səfər Azərbaycanda elan olunmuş Multikulturalizm ili çərçivəsində Qafqaz bölgəsində keçirilən tədbirlər sırasında həyata keçirilir

Bakı. 14 mart. REPORT.AZ/ Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Qafqaza yola düşüb.

Bu barədə "Report"a QMİ-nin mətbuat xidmətindən bildirilib.

Səfər Azərbaycanda elan olunmuş "Multikulturalizm ili" çərçivəsində Qafqaz bölgəsində keçirilən tədbirlər sırasında həyata keçirilir. Şeyxülislam A.Paşazadənin təşəbbüsü ilə Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransı formatında keçiriləcək görüşlərdə Azərbaycanın bu sahədə mövcud dəyərli təcrübəsi təbliğ və təşviq ediləcək.

Martın 16-dək davam edəcək səfər müddətində QMİ sədri Rusiya Federasiyasının Kabarda-Balkar, Qaraçay-Çərkəz və Şimali Osetiya-Alaniya Respublikalarında olacaq. Şeyxülislam A.Paşazadənin rəhbərliyi ilə Nalçikdə, Çerkesskdə və Vladikavkazda müvafiq olaraq Kabarda-Balkar, Qaraçay-Çərkəz və Şimali Osetiya-Alaniya Respublikaları müsəlmanlarının Ruhani İdarələrinin hesabat-seçki konfransları baş tutacaq, Müfti vəzifələrinə seçki həyata keçiriləcək.

Səfər müddətində QMİ sədrinin RF Şimali Qafqaz respublikalarının rəhbərləri ilə görüşləri nəzərdə tutulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi