Yuxarı

Səudiyyə Ərəbistanın Kralı: zəvvarların təhlükəsizliyini təmin etməyə hazırıq

Kralı Al Səud Mina faciəsindən sonra səsləndirdirilən iradlara cavab verib.

Bakı. 12 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanın Kralı Salman bin Əbdüləziz Al Səud bəyan edib ki, onun ölkəsi Həcc ziyarətinə gələn zəvvarların təhlükəsizliyini təmin etməyə qadirdir.

“Report” RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın Kralı Həcc ziyarəti zamanı baş verən Mina faciəsindən sonra bəzi ölkələrin səsləndirdiyi iradlara cavab verib.

Onun sozlərinə görə, Səudiyyə Ərəbistanın ünvanına səslənən ittihamlar əsassızdır və siyasi məqsədlər güdür.

Xatırladaq ki, sentyabrın 24-də Səudiyyə Ərəbistanında, Məkkə şəhərinin yaxınlığında yerləşən Mina dağında ziyarət zamanı yaranan izdiham nəticəsində rəsmi məlumata görə 769 nəfər həlak olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi