Səudiyyə Ərəbistanı Kralı: zəvvarların təhlükəsizliyini təmin etməyə hazırıq

Səudiyyə Ərəbistanı Kralı: zəvvarların təhlükəsizliyini təmin etməyə hazırıq Kralı Al Səud Mina faciəsindən sonra səsləndirdirilən iradlara cavab verib.
Din
12 Oktyabr , 2015 22:54
Səudiyyə Ərəbistanı Kralı: zəvvarların təhlükəsizliyini təmin etməyə hazırıq

Bakı. 12 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanın Kralı Salman bin Əbdüləziz Al Səud bəyan edib ki, onun ölkəsi Həcc ziyarətinə gələn zəvvarların təhlükəsizliyini təmin etməyə qadirdir.

“Report” RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın Kralı Həcc ziyarəti zamanı baş verən Mina faciəsindən sonra bəzi ölkələrin səsləndirdiyi iradlara cavab verib.

Onun sozlərinə görə, Səudiyyə Ərəbistanın ünvanına səslənən ittihamlar əsassızdır və siyasi məqsədlər güdür.

Xatırladaq ki, sentyabrın 24-də Səudiyyə Ərəbistanında, Məkkə şəhərinin yaxınlığında yerləşən Mina dağında ziyarət zamanı yaranan izdiham nəticəsində rəsmi məlumata görə 769 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi