Yuxarı

Rektor: "Azərbaycan İlahiyyat İnstitutuna ilk tədris ilində tələbə qəbulu üçün 60 plan yeri ayrılıb"

İslamşünaslıq ixtisası üzrə minimum keçid balı 200 bal müəyyən edilib

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan İlahiyyat İnstitutuna ilk tədris ilində tələbə qəbulu üçün 60 plan yeri ayrılıb. 

"Report"un məlumatına görə, bu barədə Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov iyunun 22-də ölkədə fəaliyyət göstərən ilahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə keçirdiyi görüşdə məlumat verib. 

Onun sözlərinə görə, Azərbaycan İlahiyyat İnstitutuna 2018-2019-cu tədris ili üçün tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə - islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə həyata keçiriləcək: "İlk tədris ili üçün ödənişsiz əsaslarla islamşünaslıq ixtisası üzrə 35, dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla, ümumilikdə, 60 nəfər abituriyentin qəbulu nəzərdə tutulub. İslamşünaslıq ixtisasının müsabiqəsində ümumi balı 200-dən az olmayan abituriyentlər iştirak edə bilərlər".

C.Məmmədov Dinşünaslıq ixtisası üzrə məzun olanların işlə təmin olunmaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və ölkədə fəaliyyət göstərən elmi-pedaqoji müəssisələrin, İslamşünaslıq ixtisası üzrə məzun olanların isə Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına veriləcəyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi