QMİ sədri və Çeçenistan müftisi dinlərarası problemlərin həlli üzrə əməkdaşlıq imkanlarını müzakirə edib

QMİ sədri və Çeçenistan müftisi dinlərarası problemlərin həlli üzrə əməkdaşlıq imkanlarını müzakirə edib Çeçenistan müftisi: "Biz gələcəkdə də qarşılıqlı əlaqəni davam etdirməliyik"
Din
17 Noyabr , 2015 17:34
QMİ sədri və Çeçenistan müftisi dinlərarası problemlərin həlli üzrə əməkdaşlıq imkanlarını müzakirə edib

Bakı. 17 noyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri şeyxülislam Allahşükür Paşazadə Bakıda Çeçenistan Respublikasının müftisi Salah-Hacı Mejiyevlə görüşüb. "Report" "Qroznı-İnform"a istinadən xəbər verir ki, müfti Azərbaycana işgüzar səfərə gəlib.

Görüş zamanı A.Paşazadə Çeçenistan Respublikasının ilk prezidenti, Rusiya Federasiyasının qəhrəmanı Əhməd-Hacı Kadırovla dost münasibətlərinin olduğunu bildirib. O əlavə edib ki, Çeçenistanın hazırkı rəhbəri Ramzan Kadırovun fəaliyyəti göz önündədir. QMİ sədri çeçen xalqını, yerli adət-ənənələri çox sevdiyini qeyd edib.

Öz növbəsində, Çeçenistan müftisi tərəflər arasında sıx əməkdaşlıq əlaqələrinin yaradılmasının zəruriliyini vurğulayıb.

"Biz gələcəkdə də qarşılıqlı əlaqəni davam etdirməli, mənəvi dəyərlər əsasında dinlərarası və millətlərarası problemləri həll etməliyik", - S.Mejiyev bildirib.

Danışıqlar zamanı həm də əhali arasında İslam dininin həqiqi əsaslarının izahı barədə düşünülüb və məqsədyönlü iş aparılmasının əhəmiyyəti vurğulanıb.

Son xəbərlər

Orphus sistemi