Yuxarı

QMİ sədri Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyində olub

Allahşükür Paşazadə kralın vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinə gedib.

QMİ-dən "Report"a verilən məlumata görə, A.Paşazadə iki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz Al Səudun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

QMİ sədri səfirliyin əməkdaşları ilə görüşüb, mərhum kralla görüşlərini xatırladıb, iki ölkə arasında əlaqələrin inkişafında xidmətlərini qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi