QMİ sədri Rusiyada Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə toplantı keçirəcək

QMİ sədri Rusiyada Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə toplantı keçirəcək O, aprelin 19-da Rusiyaya gedəcək
Din
18 Aprel , 2017 19:17
QMİ sədri Rusiyada Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə toplantı keçirəcək

Bakı. 18 aprel. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 19-da Rusiya Federasiyasının Stavropol diyarına gedəcək.

QMİ-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfərdə məqsəd Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevin sədri olduğu Şimali Qafqaz müsəlmanlarının Koordinasiya Mərkəzinin Pyatiqorsk şəhərində keçiriləcək növbəti sədr seçkilərində iştirak etməkdir.

Şeyxülislam A. Paşazadə, həmçinin, Pyatiqorskda keçiriləcək İslam həmrəyliyinə həsr olunmuş konfransa da qatılacaq.

Səfər çərçivəsində Şeyxülislam sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə toplantı keçirəcək. 

Son xəbərlər

Orphus sistemi