Yuxarı

QMİ sədri: "Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-dan ədalətli mövqe gözləyirik"

Azərbaycanın ən böyük dərdi Dağlıq Qarabağ problemi ilə bağlıdır

Bakı. 3 noyabr. REPORT.AZ/ "Azərbaycanın ən böyük dərdi Dağlıq Qarabağ problemi ilə bağlıdır. Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın ədalətli tərəfin yanında olacağına əminik".

“Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Sinay məbədinin Azərbaycana gələn nümayəndə heyəti ilə görüşü zamanı bildirib.

A.Paşazadə qeyd edib ki, Azərbaycan xalqı torpaqlarının işğaldan azad edilməsi məsələsində ABŞ-ın ədalətli mövqe tutmasını gözləyir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi