Yuxarı
    Bağlamaq

    QMİ: Allahşükür Paşazadəyə Rusiyada xüsusi münasibət göstərilib

    Görüş və danışıqlar dinlərarası dialoqun yüksək nümunəsi və Azərbaycanın, Qafqazın dini liderinə verilən böyük dəyərdir

    Bakı. 25 noyabr. REPORT.AZ/ Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadəyə xüsusi münasibət göstərilib. 

    QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova "Report"a bildirib ki, Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin 70 illik yubileyi münasibətilə keçirilən mərasim çərçivəsində Allahşükür Paşazadə İslam dininin təmsilçisi kimi tədbirin ən ali qonaqları ilə bərabər ilk sırada əyləşdirilib.

    Onun sözlərinə görə, patriarx Kirill ad günü ilə bağlı qrafikinin gərgin olmasına baxmayaraq, QMİ sədri ilə təkbətək görüş keçirib: "Səmimi şəraitdə keçən görüşdə patriarx Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli məsələsinə xüsusi diqqət ayırıb. O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayıb, bu məqsədlə vasitəçilik missiyasını bundan sonra da davam etdirəcəyini deyib".

    QMİ rəsmisi Allahşükür Paşazadənin yubiley tədbiri çərçivəsində erməni katalikosu II Qaregin və bütün Gürcüstanın patriarx-katolikosu II İlya ilə də görüşdüyünü qeyd edib: "Görüşdə Azərbaycan-Gürcüstan dini-mənəvi əlaqələrinin gələcək inkişaf perspektivləri müzakirə olunub".  

    R.Dadaşova vurğulayıb ki, yubiley tədbiri çərçivəsində baş tutan görüş və danışıqlar dinlərarası dialoqun yüksək nümunəsi və Azərbaycanın, Qafqazın dini liderinə verilən böyük dəyərdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi