Yuxarı

​Qaxdakı gürcü kilsəsinə Azərbaycan vətəndaşı olan din xadimi göndəriləcək

Məsələ Azərbaycan qanunvericiliyi çərçivəsində həll olunur

Bakı. 7 avqust. REPORT.AZ/ Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze Azərbaycanın Qax rayonundakı gürcü kilsəsi və Azərbaycan vətəndaşı olmadığı üçün öz missiyasını davam etdirə bilməyən kilsənin arximandriti Demetre ilə bağlı məsələni şərh edib.

"Report" xəbər verir ki, jurnalistlərə verdiyi açıqlamasında səfir bildirib ki, Bakıya Gürcüstan Patriarxlığının nümayəndələri səfər edib və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşüblər: "Məsələ Azərbaycan qanunvericiliyi çərçivəsində həll olunur. Bütün dini xadimlər Azərbaycan vətəndaşları olmalıdırlar və gürcülər də müstəsna deyil. Bir müddət bizə güzəşt olunub, lakin bu daim davam edə bilməz".

Səfir bildirib ki, Qaxdakı gürcü kilsəsinə Azərbaycan vətəndaşı olan din xadimi göndəriləcək və bundan sonra kilsədə dini mərasimlər həyata keçirilməkdə davam edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi