Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib

Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Qüds Sefardi ortodoks baş ravvini Şlomo Amarı qəbul edib.
Din
15 Noyabr , 2019 16:17
Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Qüds Sefardi ortodoks baş ravvini Şlomo Amarı qəbul edib.

"Report"un xəbərinə görə, söhbət zamanı Bakıda keçirilən Dünya dini liderlərinin ikinci Sammitinin əhəmiyyəti qeyd edilib. Bu tədbirdə dünyanın bir sıra ölkələrindən böyük nümayəndə heyətlərinin, nüfuzlu ictimai və din xadimlərinin iştirakından məmnunluq ifadə olunub.

Qüds Sefardi ortodoks baş ravvini Şlomo Amarın dinlərarası dialoq və Azərbaycanla bağlı fikirlərinin önəmi vurğulanıb. Şlomo Amar Azərbaycana səfərindən və dünya dini liderlərinin sammitində iştirakından dərin məmnunluq hissi keçirdiyini bildirərək ölkəmizə və dövlət başçısına xeyir-dualarını çatdırıb.

Son xəbərlər

Orphus sistemi