Mübariz Qurbanlı Samuxda vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı Samuxda vətəndaşları qəbul edəcək Qəbul avqustun 29-da saat 10:00-da olacaq
Din
24 Avqust , 2017 12:49
Mübariz Qurbanlı Samuxda vətəndaşları qəbul edəcək
Report.az

Bakı. 24 avqust. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı avqustun 29-da Samux rayonunda vətəndaşları qəbul edəcək.

Komitədən "Report"a verilən məlumata görə, qəbul Samux rayon Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək. Qəbulda Gəncə, Daşkəsən, Naftalan, Göygöl, Goranboy, Samux sakinləri, eləcə də bölgədə məskunlaşmış Xocalı və Kəlbəcər rayonlarından olan qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi