Yuxarı

Mübariz Qurbanlı: "Gəncə hadisələrinin ssenarisi əvvəlcədən hazırlanıb"

Gəncə. 17 iyul. REPORT.AZ/ "Gəncədə baş verən hadisələr terror aktıdır. Bu hadisələri törədənlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. İstintaq gedir və bu şəxslərin arxasında duranların kimlər olduğu araşdırlır. İlkin məlumatlara görə, bunlar din pərdəsi altında öz çirkin niyyətlərini həyata keçirən cinayətkarlardır".

"Report"un Qərb bürosunun xəbərinə görə, bunu Gəncə İmamzadə Dini Kompleksində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə keçirilən müşavirədən sonra jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

"Bu hadisələrin ssenarasi əvvəlcədən hazırlanıb. Onların məqsədləri Azərbaycanda siyasi, ictimai sabitliyi pozmaq və Azərbaycan xalqının sosial rifah halını aşağı salmaq və müstəqilliyinə xələl gətirməkdir. Lakin bu ssenarini həyata keçirmək istəyənlərin niyyəti baş tutmadı. Onlar tam iflasa uğradılar. Prezident İlham Əliyev artıq hadisələrə hüquqi, siyasi qiyməti verib. Bu cinayəti törədənlərin İslam dininə və müsəlmanlara heç bir aidiyyəti yoxdur. Bu cinayətkarlar Azərbaycana qarşı olan dairələrin nümayəndələridir. Bunların əməlləri cəzasız qalmayacaq və onlar ədalət məhkəməsi qarşısında mütləq cavab verəcəklər", - deyə M.Qurbanlı əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi