Mübariz Qurbanlı: "Bizdə məzhəblərarası ziddiyyət yoxdur"

Mübariz Qurbanlı: "Bizdə məzhəblərarası ziddiyyət yoxdur" "Bu gün məscidlərdə əhli-şiə ilə birlikdə əhli-sünnənin də nümayəndələri iştirak edirlər"
Din
12 Oktyabr , 2016 13:15
Mübariz Qurbanlı: Bizdə məzhəblərarası ziddiyyət yoxdur

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Azərbaycanın multikultural, tolerant olduğunu göstərən elementlərdən biri də qanvermə aksiyasıdır". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. 

Onun sözlərinə görə, Rus provaslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının başçısı Aleksandr Ata, Bakı Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev və digər icmaların rəhbərləri də iştirak edir: "Bu da Azərbaycanda müxtəlif dinlərin bir-birinə dözümlülüyünün nümayişidir. Bizdə məzhəblərarası da ziddiyyət yoxdur. Bu gün məscidlərdə əhli-şiə ilə birlikdə əhli-sünnənin də nümayəndələri iştirak edirlər. Bu da Azərbaycan xalqının yüksək intellekt və mədəniyyətə sahib olduğunu göstərir".

Son xəbərlər

Orphus sistemi