Yuxarı
    Bağlamaq

    Mübariz Qurbanlı: "Aşura tədbirləri Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun keçiriləcək"

    Məscidlərdə vaxtaşırı monitorinqlər keçirilir və bu davam edəcək© Report/ Firi Salim

    Bakı. 22 sentyabr. REPORT.AZ/ "Aşura tədbirləri ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin yaydığı fətvada irəli sürülən fikirlər bütün məscidlərdə həyata keçiriləcək".

    "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

    Onun sözlərinə görə, Aşura mərasimləri qanunvericilik çərçivəsində yüksək səviyyədə icra olunacaq.

    Komitə sədri bildirib ki, məscidlərdə vaxtaşırı monitorinqlər keçirilir və bu davam edəcək: "Məqsəd qanunvericiliyə əməl edilib-edilməməsi haqqında məlumatlanmaqdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi