Yuxarı
    Bağlamaq

    Lənkəranda “Azərbaycanda ənənəvi İslam dəyərləri: tarixilik və varislik” mövzusunda tədbir keçirilib

    “Fitnə” sənədli filmi də nümayiş etdirilib

    Bakı. 13 oktyabr. REPORT.AZ/ Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi və dini radikalizmə qarşı mübarizə məqsədilə Lənkəran şəhərində “Azərbaycanda ənənəvi İslam dəyərləri: tarixilik və varislik” mövzusunda tədbir keçirib.

    Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aydın Məmmədov və Lənkəran-Astara zonası üzrə gənclər və idman idarələrinin rəhbərləri, tələbələr və fəal gənclər iştirak ediblər.

    Tədbirdə həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Fitnə” sənədli filmi nümayiş etdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi